Test

Paylaşımda bildirilir ki, Gəncənin əsas memarlıq simvollarından biri olan Nizami Gəncəvi Məqbərəsi şəhərin mədəni irsinin mühüm nümunələrindən biri kimi diqqət çəkir.

XX əsrdə inşa edilən abidə orta əsr Azərbaycan memarlıq ənənələrini müasir üslubda əks etdirir. Silindrik forması, şaquli daş elementləri, səkkizguşəli kompozisiya həlli və şəbəkə naxışları ilə seçilən məqbərədə Nizaminin “Xəmsə”sinə simvolik istinadlar da yer alır.

Gəncə şəhərinin 2040-cı ilə qədərki Baş planına əsasən, məqbərə ətrafının mədəni irsin müasir şəhər mühiti ilə vəhdətini təmin edən rekreasiya zonası kimi formalaşdırılması nəzərdə tutulur. Bu yanaşma həm abidənin qorunmasına, həm də şəhərin turizm potensialının artırılmasına xidmət edəcək.

Önceki Haber Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
Sonraki Haber Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub

Yorum Yap