Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib
Qurban Bayramı ilə əlaqədar olaraq, respublikanın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də qurbanlıq heyvanların kəsimi və satışı müvafiq norma və qaydalara uyğun, rahat və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün xüsusi məntəqələr yaradılıb.
Belə ki, şəhərin “Kəpəz Bazarı” ASC-də, “İmamzadə” Dini Kompleksinin qurbangahında, M. Bağırov küçəsində və keçmiş “Ət kombinatı”nın ərazisində qurbanlıq heyvanların satışı və kəsimi üçün məntəqələr təşkil olunacaq.
Gəncə Şəhər İcra Hakimiyyətinin və AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsinin əməkdaşları tərəfindən qeyd olunan məntəqələrə ilkin baxış keçirilib.
Baxış zamanı məsul şəxslərə bildirilib ki, Qurban Bayramı günlərində vətəndaşlar və sahibkarlar qurbanlıq heyvanların kəsimini yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş məntəqələrdə həyata keçirməlidirlər. Diri heyvanların satışı isə həmin məntəqələrin yaxınlığında xüsusi ayrılmış sahələrdə təşkil olunacaq. Eyni zamanda, qurbanlıq heyvanların kəsimindən əvvəl baytar həkimlər tərəfindən müayinədən keçirilməsinin vacibliyi də diqqətə çatdırılıb.
Bununla yanaşı, məntəqələrdə gigiyena qaydalarına ciddi riayət olunması və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.




Ganja Şura Haberleri
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib
- 27-04-202613:35 Gəncədə Şagirdlər Üçün Şəhərsalma Mövzusunda Görüş Keçirilib
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər
- 24-04-202611:50 Gəncədə Türkiyənin Milli Suverenlik Və Uşaq Bayramına Həsr Olunmuş Tədbir Keçirilib
- 24-04-202609:25 Gəncədə 'ı Yaşıl İqtisadiyyat' Beynəlxalq Forumu Keçirilib
- 23-04-202611:37 Nümayəndə Heyətinin Çinə Səfəri Davam Edir
- 23-04-202609:12 'gəncə Avtomobil Zavodu' İstehsalat Birliyi Çin Şirkətləri İlə Əməkdaşlığı Genişləndirir
- 22-04-202612:38 Gəncənin Nümayəndə Heyətinin Çindao Şəhərinə Səfəri Davam Edir

