Test

Uşaq Səfirlər Məclisinin Gəncə şəhəri üzrə fəal üzvlərindən Xədicə Mustafayeva “Gəncənin qədim və yeni tikililəri” mövzusuna həsr olunmuş təqdimatla çıxış edib. Təqdimat “Uşaq Səfirlər Məclisi”nin regional nümayəndəlikləri üçün 2026-cı il üzrə Tədbirlər Planına uyğun olaraq “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub.

M. Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseydə baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, həmçinin məktəbin 5–6-cı sinif şagirdləri iştirak ediblər.

Əsas məqsədi şagirdlərin Gəncə şəhərinin qədim və müasir memarlıq abidələri ilə tanışlığını təmin etmək olan tədbirdə slaydlar vasitəsilə şəhərin tarixi və yeni tikililəri barədə əyani məlumatlar təqdim olunub.

Maarifləndirici görüşdə ümumilikdə 30 nəfər məktəbli iştirak edib. Tədbir şagirdlərin tarixə və memarlıq irsinə marağının artırılması baxımından əhəmiyyətli olub.

Önceki Haber Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
Sonraki Haber Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır

Yorum Yap