Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
Gəncə şəhərində “AS Otel” adlı yeni iaşə obyekti istifadəyə verilib. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev obyektə baxış keçirib.
Otelin icraçı direktoru Rüstəm Bağırov bildirib ki, müasir standartlara cavab verən hotel 2025-ci ilin avqust ayından fəaliyyət göstərir. Hotel ümumilikdə 30 otaqdan ibarətdir və 80 nəfərədək qonaq qəbul etmək imkanına malikdir. Burada qonaqların rahatlığını təmin etmək məqsədilə geniş xidmətlər təqdim olunur. Belə ki, hoteldə SPA xidməti fəaliyyət göstərir, 50 nəfərlik konfrans zalı mövcuddur. Bundan əlavə, ərazidə restoran, avtomobillər üçün dayanacaq və elektrikli nəqliyyat vasitələri üçün enerji doldurma stansiyası yaradılıb.
Qeyd olunub ki, hazırda hoteldə 20 nəfərdən çox əməkdaş çalışır. Yaxın günlərdə isə müasir restoranın istifadəyə verilməsi planlaşdırılır ki, bu da əlavə iş yerlərinin açılmasına şərait yaradacaq.
Adil Tağıyev hotelə baxış keçirərək bildirib ki, bu cür obyektlər Gəncənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.









Ganja Şura Haberleri
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib
- 27-04-202613:35 Gəncədə Şagirdlər Üçün Şəhərsalma Mövzusunda Görüş Keçirilib
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər
- 24-04-202611:50 Gəncədə Türkiyənin Milli Suverenlik Və Uşaq Bayramına Həsr Olunmuş Tədbir Keçirilib
- 24-04-202609:25 Gəncədə 'ı Yaşıl İqtisadiyyat' Beynəlxalq Forumu Keçirilib
- 23-04-202611:37 Nümayəndə Heyətinin Çinə Səfəri Davam Edir

