Test

Uşaq Səfirlər Məclisinin Gəncə şəhəri üzrə fəal üzvlərindən Fidan Bağırova “Rəqəmsal dünyada təhlükəsizlik” mövzusuna həsr olunmuş təqdimatla çıxış edib. 21 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Gəncə şəhəri yönetimi ve Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, Uşaq Səfirlər Məclisinin Gəncə şəhəri üzrə fəal üzvləri, həmçinin 21 nömrəli tam orta məktəbin şagird və müəllimləri iştirak ediblər.

Tədbirin əsas məqsədi şagirdlərə rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarını öyrətmək və kiber təhlükəsizlik haqqında vacib məlumatlar vermək olub. Təqdimat zamanı kiber təhlükəsizlik anlayışı izah edilib, internetdə qarşımıza çıxa biləcək təhlükələr və bu təhlükələrdən qorunma yolları haqqında ətraflı məlumat verilib. Şagirdlərə şəxsi məlumatların qorunması, güclü parollardan istifadə və şübhəli linklərdən uzaq durmaq kimi əsas qaydalar izah edilib.

Bundan əlavə, tədbir zamanı interaktiv sual-cavab sessiyası təşkil olunub, iştirakçılar mövzu ilə bağlı suallarını ünvanlayaraq biliklərini daha da möhkəmləndiriblər. Eyni zamanda, kiber təhlükəsizlik sahəsində karyera imkanları haqqında da məlumat verilib.

Önceki Haber Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
Sonraki Haber Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib

Yorum Yap