Gəncədə Yuxarı Sinif Şagirdlərinin Valideynləri İlə Görüş Keçirilib

Gəncə şəhəri N.Aydın adına 18 nömrəli tam orta məktəbdə “Təhsildən yayınmanın qarşısının alınması ilə bağlı görüləcək tədbirlər” mövzusunda yuxarı sinif şagirdlərinin valideynləri ilə görüş təşkil olunub.
Görüşdə Gəncə şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhər sektorunun, Gəncə şəhər Baş Polis İdarəsinin nümayəndələri, eləcə də məktəbin rəhbərliyi iştirak ediblər.
Tədbirdə valideynlərə “Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı barədə ətraflı məlumat verilib.
Çıxış edənlər şagirdlərin təlim-tərbiyəsində valideyn nəzarətinin və məktəblə sıx əlaqənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, təhsildən yayınmanın qarşısının alınması yalnız məktəbin deyil, eyni zamanda ailənin və cəmiyyətin üzərinə düşən mühüm məsuliyyətlərdəndir.
Görüş zamanı valideynlər öz fikir və təkliflərini səsləndirib, uşaqların təhsildən yayınma səbəbləri və bu halların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbirin əsas məqsədi şagirdlərin dərsə davamiyyətinin yaxşılaşdırılması, təhsildən yayınma hallarının qarşısının alınması və valideyn-məktəb əməkdaşlığının daha da möhkəmləndirilməsidir.
Ganja Şura Haberleri
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib
- 27-04-202613:35 Gəncədə Şagirdlər Üçün Şəhərsalma Mövzusunda Görüş Keçirilib

