Niyazi Bayramov Beynəlxalq Yarışlarda Fərqlənən İdmançılarla Görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müxtəlif ölkələrdə keçirilən Avropa və Dünya çempionatlarında yüksək nailiyyətlər əldə etmiş idmançılarla görüşüb.
Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Elçin Zeynalov, “Təhsil” RİM Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru, Olimpiya çempionu, “Şöhrət” ordenli Ramil Qasımov, “Təhsil” RİM Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru, Əməkdar bədən tərbiyəsi və idman xadimi Asif Həsənov, “Təhsil” RİM Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin baş təlimatçısı, “Şöhrət” ordenli Əli Hacıyev, eləcə də idmançılar və məşqçilər iştirak ediblər.
Niyazi Bayramov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycan idmanı sürətlə inkişaf edir və beynəlxalq arenada böyük uğurlar qazanır. Ötən gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən Avropa çempionatında komanda hesabında çempion olan güləşçilərin qəbul edilməsi ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğının növbəti nümunəsidir. Bu cür diqqət və dəstək idmançıların yeni nailiyyətlər qazanmasına güclü stimul verir.
Şəhər rəhbəri onu da bildirib ki, ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də idmana xüsusi önəm verilir. Qeyd edib ki, Prezident İlham Əliyevin göstərişi ilə şəhərdə Gəncə İdman Sarayı və Gəncə Şəhər Stadionu yenidən inşa olunub, digər idman obyektlərində isə mütəmadi olaraq təmir işləri aparılır. Bu da idmançıların yerli və beynəlxalq yarışlarda uğur qazanmasına müsbət təsir göstərir.
Daha sonra şəhər rəhbəri dünyanın müxtəlif ölkələrində keçirilən Avropa və Dünya çempionatlarında yüksək nəticələr əldə edən idmançıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İdmançılar isə çıxış edərək bildiriblər ki, onlara göstərilən diqqət və qayğı, yaradılan şərait yeni uğurlar qazanmağa əlavə motivasiya verir. Qeyd olunub ki, Azərbaycan idmanının inkişafı üçün həyata keçirilən dövlət siyasəti idmançıların beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etməsinə geniş imkanlar yaradır. Onlar əldə etdikləri nailiyyətlərin davamlı olması üçün bundan sonra da səylə çalışacaqlarını vurğulayıblar.
İdmançılar, həmçinin göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini ifadə ediblər.
Sonda bir qrup idmançı Niyazi Bayramov tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub və xatirə şəkli çəkdirilib.

Ganja Şura Haberleri
- 01-05-202613:13 Niyazi Bayramov Beynəlxalq Yarışlarda Fərqlənən İdmançılarla Görüşüb
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür

