Test

Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

Səfər çərçivəsində nümayəndə heyəti dünyanın ən möhtəşəm tarixi abidələrindən biri hesab olunan Böyük Çin səddini ziyarət edib.

Ziyarət zamanı nümayəndə heyəti səddin müxtəlif hissələrini gəzərək, onun möhtəşəm quruluşu və strateji əhəmiyyəti ilə yaxından tanış olub. Tarixi abidələrin qorunması və gələcək nəsillərə ötürülməsi beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Min illər öncəyə gedib çıxan bu möhtəşəm sədd Çin xalqının zəngin tarixi və mədəni irsinin mühüm simvollarından biridir.

Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin deputatı, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, eləcə də Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları daxildir.

Önceki Haber Gəncənin Nümayəndə Heyətinin Çindao Şəhərinə Səfəri Davam Edir
Sonraki Haber 'gəncə Avtomobil Zavodu' İstehsalat Birliyi Çin Şirkətləri İlə Əməkdaşlığı Genişləndirir

Yorum Yap