Niyazi Bayramov Gəncədə Aparılan Təmir-tikinti İşlərinin Gedişatı İlə Yerində Maraqlanıb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı III MDB Oyunları ərəfəsində şəhərdə həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişatı ilə yerində tanış olub.
İlk olaraq Gəncə Memorial Kompleksini ziyarət edib, daha sonra şəhərin müxtəlif ərazilərində aparılan təmir-tikinti və abadlıq işlərinə baxış keçirib. Görülen işlərin keyfiyyəti ilə maraqlanıb, aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırq və tövsiyələrinə əsasən Gəncədə genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilir. Belə ki, şəhərin 120-dən çox küçə və prospektində asfalt örtüyü yenilənib. Bununla yanaşı, 650-yə yaxın çoxmənzilli, fərdi yaşayış və qeyri-yaşayış binasının fasadı təmir olunub. 10-dan artıq küçədə daş və kərpic hasarlar, həmçinin istinad divarları bərpa edilib. 1 000-dən çox fərdi yaşayış evinin dam örtüyü yenilənib.
Şəhər işıqlandırmasının yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Belə ki, 50-yə yaxın küçədə küçə işıqlandırma sistemləri yenilənib, 60-dan çox ünvanda isə binaların fasadlarının işıqlandırılması ilə bağlı işlər görülüb.
Hazırda Heydər Əliyev adına Mərkəzi Meydan, “Xan bağı” istirahət parkı, “Gəncəçay” Park-Bulvar Kompleksi və digər ərazilərdə abadlıq işləri davam etdirilir. Eyni zamanda, mövcud yaşıllıq sahələrinin qorunması və yeni yaşıllıq zolaqlarının salınması istiqamətində də mühüm tədbirlər görülür. Son aylarda şəhər ərazisində 10 mindən çox müxtəlif növ ağac, kol və gül bitkisi əkilib.

Ganja Şura Haberleri
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib
- 27-04-202613:35 Gəncədə Şagirdlər Üçün Şəhərsalma Mövzusunda Görüş Keçirilib
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər

