Test

Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən şəhərdə pərakəndə ticarət hallarının geniş yayıldığı ərazilərdə reydlər keçirilir, aşkar edilən neqativ halların qarşısının alınması məqsədilə qanunamüvafiq tədbirlər görülür.

Belə ki, şəhərin Ş.İ.Xətai prospektində və Dədə Qorqud küçəsində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparılıb.

Aparılan izahedici söhbətlərə və edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilib.

Önceki Haber Niyazi Bayramov Vətəndaşlarla Növbəti Səyyar Görüş Keçirib
Sonraki Haber Gəncəçay Çayının Məcrasında Təmizlik İşləri İlə Bağlı Tapşırıqlar Verilib

Yorum Yap