Test

İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüş zamanı sakinlər tərəfindən işlə təminat, maddi yardım və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbəri qaldırılan məsələlərin qısa müddətdə, qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər isə araşdırılaraq həll olunması məqsədilə qeydiyyata alınıb.

Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Önceki Haber Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
Sonraki Haber Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib

Yorum Yap