Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
13 iyun 2026 | 18:51

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri həyata keçirilib.
Tədbirlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının təsdiqlədiyi təhkimçilik siyahısına əsasən şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən qonaqlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğıdan bəhs ediblər. Həmçinin, şagirdlərə öz ürək sözlərini bildirərək, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıblar.
Tədbir məzunların hazırladığı “Son zəng” əbədi-bədii kompozisiyalarla davam edib. Bununla yanaşı, tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş şagirdlərə “Fəxri fərman”, “Təşəkkürnamə” və diplomlar təqdim olunub.
Sonda “Son zəng” səslənib.
Qeyd edək ki, 2025–2026-cı tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 246 ümumtəhsil müəssisəsindən 6583 nəfər XI sinif şagirdi məzun olur ki, onlardan da 3595 nəfəri Gəncə şəhərində fəaliyyət göstərən 50 ümumtəhsil müəssisəsinin şagirdidir.
Ganja Şura Haberleri
- 20-08-202610:16 Niyazi Bayramov Şəhid Ailələri İlə Görüşüb
- 19-08-202618:24 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Səyyar Qəbul Keçirib
- 17-08-202616:04 Gəncədə 'coca-cola İlə Xəzər Yay' Festivalı Keçirilib
- 13-08-202616:44 Gəncədə Bərk Məişət Tullantılarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dair Görüş Keçirilib
- 13-08-202609:26 Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
- 06-08-202611:49 Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
- 05-08-202622:54 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 05-08-202622:44 Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib
- 31-07-202614:41 Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlər Keçirilib
- 31-07-202612:09 Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb

