Test

Gəncə Tibb Kollecində təşkil olunan tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı və mədəni irsin qorunması şöbəsinin Mədəni irsin qorunması sektorunun müdiri Yadigar Bədəlov, kollecin direktoru Əməkdar həkim Mehman Rzayev, şəhid ailələri, eləcə də ali və orta ixtisas təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər.

Əvvəlcə kollecdə yaradılmış şəraitlə tanışlıq olub, auditoriyalarda dərs prosesi izlənilib, müəllim və tələbələrlə görüş keçirilib. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən natiqlər gənclərin sağlam mənəvi dəyərlərlə yetişdirilməsinin, ailə institutunun möhkəmləndirilməsinin və bu prosesdə anaların mühüm rolunun vacibliyini vurğulayıblar. Bildirilib ki, milli dəyərlər – sədaqət, hörmət, dürüstlük və tolerantlıq gələcək nəsillərə ötürülməlidir.

Konfransda həmçinin Vəfa Abbasovanın “Ailə və məktəbin birgə fəaliyyəti”, Sevda Abdullayevanın isə “Erkən nikah problemi” mövzularında məruzələri dinlənilib.

Sonda Bayram Yusifov çıxış edərək gənclərin sağlam və vətənpərvər ruhda yetişdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib, anaların bu prosesdə əvəzsiz rolunu xüsusi qeyd edib və müəllifi olduğu “Ana” şeirini səsləndirib.

Tədbirin sonunda ictimai həyatda fəallığı ilə seçilən qadınlara təşəkkürnamələr təqdim olunub və xatirə şəkli çəkilib.

Önceki Haber Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
Sonraki Haber Gəncə İlə Çindao Şəhərləri Arasında Əməkdaşlıq Əlaqələri Genişlənir

Yorum Yap