Gəncədə Ulu Öndər Heydər Əliyevin Əziz Xatirəsinə Həsr Olunmuş 'ithaf' Adlı Konsert Proqramı Keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər uşaq musiqi və incəsənət məktəblərinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunan “İthaf” adlı konsert proqramı keçirilib.
Gəncə Dövlət Milli Dram Teatrında keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə Dövlət Milli Dram Teatrının direktoru, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, həmçinin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və teatrın əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, gənclərin inkişafına göstərdiyi diqqət və mədəniyyət sahəsinə verdiyi töhfələrdən bəhs olunub. Bildirilib ki, Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik yolu bu gün də uğurla davam etdirilir və gələcək nəsillər üçün örnək olaraq yaşayır.
Konsert proqramında Gəncə şəhərinin müxtəlif uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Tədbirdə Azərbaycan bəstəkarlarının əsərləri, muğam və xalq musiqisi nümunələri səsləndirilib.
Proqram Azər Dadaşovun “Heydər atamız” əsəri ilə başlayıb. Daha sonra Fikrət Əmirovun “Baharımsan”, Üzeyir Hacıbəylinin “Fantaziya” və “Arşın mal alan” operettasından “Gülçöhrənin naləsi”, Fərhad Bədəlbəylinin “Prelüdiya”, eləcə də digər musiqi nümunələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə həmçinin “Qarabağ şikəstəsi”, “Heyratı” ritmik muğamı və “Vətən” adlı musiqi nömrələri ifa olunub.
Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək, onun Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğının bu gün də davam etdirildiyini vurğulayıblar.



















Ganja Şura Haberleri
- 18-06-202611:19 Niyazi Bayramov Sakinlərlə Görüşüb
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib
- 08-06-202612:28 Gəncədə Süni Göl Əsaslı Təmirdən Sonra İstifadəyə Verilib

