Gəncədə Ərazi Mülki Müdafiə Qüvvələri İlə Xəbərdarlıq Və Toplanış Üzrə Məşq Keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin dəstəyi ilə “Azərbaycan Alüminiumu” ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin ərazisində Gəncə Şəhər İcra Hakimiyyətinin hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirilib.
Məşqin əsas məqsədi fövqəladə hallar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili, mülki müdafiə dəstələrinin toplanış müddətinin müəyyənləşdirilməsi və onların hazırlıq səviyyəsinin yoxlanılması olub.
Məşqə Mülki müdafiə qərargahı və şəhər mülki müdafiə dəstələrinin şəxsi heyəti cəlb olunub.
Plan üzrə şəxsi heyət xəbərdarlıq siqnalı ilə toplanıb, sıra baxışı keçirilib, texnika və avadanlıqlar yoxlanılıb, funksional vəzifələr dinlənilib. Eyni zamanda təhlükəsizlik qaydalarına riayət olunması barədə təlimatlar verilib və toplanış müddəti müəyyənləşdirilib.
Tədbirin sonunda Mülki müdafiə məşqinin rəhbəri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının sektor müdiri, MM işinin aparıcısı Yadigar Bədəlov və FHN-nin Gəncə Regional Mərkəzinin Mülki müdafiə İdarəsinin baş zabiti, mayor İlham Məhərrəmov tərəfindən məşqin keçirilməsi qənaətbəxş qiymətləndirilib. Aşkar olunmuş çatışmazlıqlar məşq iştirakçılarının diqqətinə çatdırılıb, onların aradan qaldırılması üzrə müvafiq tövsiyə və tapşırıqlar verilib.
Qeyd edək ki, tədbir, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi 2026-cı tədris ilində Gəncə şəhərinin idarə, müəssisə və təşkilatlarında keçiriləcək təlim və məşqlərin Təqvim Planının icrası ilə bağlı “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilib.
Ganja Şura Haberleri
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib
- 08-06-202612:28 Gəncədə Süni Göl Əsaslı Təmirdən Sonra İstifadəyə Verilib
- 06-06-202618:02 Gəncədə 'avropa Şəhərciyi – 2026' Tədbirinin Açılış Mərasimi Keçirilib

