Gəncədə 'heydər Əliyev Məktəbi' Layihəsinə Start Verilib
Yeni Azərbaycan Partisi'nin Gəncə şəhər təşkilatında Ümummilli Lider, Yeni Azərbaycan Partisi'nin qurucusu Heydər Əliyev'in irsinin dərindən öyrənilməsi və təbliği məqsədilə həyata keçirilən “Heydər Əliyev məktəbi” layihəsinə start verilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və gənclər iştirak ediblər.
Bildirilib ki, layihəyə dinləyici qismində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci, Gəncə ASAN xidmət mərkəzləri, Gəncə Dövlət Peşə Təhsil mərkəzləri və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi'nin gənc əməkdaşları olmaqla ümumilikdə 40 nəfər cəlb olunub.
Beş gün davam edəcək layihə çərçivəsində millət vəkilləri, universitet rektorları və müxtəlif idarələrin rəhbərləri iştirakçılarla görüşərək müxtəlif mövzularda seminarlar keçirəcəklər.
Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Ganja Şura Haberleri
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib
- 08-06-202612:28 Gəncədə Süni Göl Əsaslı Təmirdən Sonra İstifadəyə Verilib
- 06-06-202618:02 Gəncədə 'avropa Şəhərciyi – 2026' Tədbirinin Açılış Mərasimi Keçirilib

