Niyazi Bayramov 'xəmsə' Uşaq Rəqs Ansamblı İlə Görüşüb
Məlum olduğu kimi, “Xəmsə” Uşaq Rəqs Ansamblı Qəbələ şəhərində keçirilən “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku – 2026” adlı beynəlxalq incəsənət müsabiqəsinin qalibi olub. Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı ansamblın rəhbəri, baletmeyster Sənan Cavadov və kollektivin üzvləri ilə görüş keçirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı kollektiv üzvlərini qazandıqları qələbə münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, öz tövsiyələrini verib.
Sənan Cavadov göstərilən diqqət və qayğıya görə şəhər rəhbərinə dərin təşəkkürünü bildirib.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı ansamblın məşq prosesini izləyib.
Görüşün sonunda şəhər rəhbəri Sənan Cavadova və “Xəmsə” Uşaq Rəqs Ansamblına Gəncə şəhərinin ictimai-mədəni həyatında göstərdikləri səmərəli fəaliyyətə, həmçinin “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku – 2026” beynəlxalq müsabiqəsində I yerə layiq görüldüklərinə görə Təşəkkürnamə təqdim edib.
Qeyd edək ki, “Xəmsə” Uşaq Rəqs Ansamblı baletmeyster Sənan Cavadovun rəhbərliyi ilə 2008-ci ildə yaradılmışdır. Ansamblın əsas məqsədi folklor musiqi və rəqs ənənələrini qoruyub saxlamaq, onları gələcək nəsillərə çatdırmaqdır. Ansambl fəaliyyət göstərdiyi müddətdə bir çox yerli və beynəlxalq müsabiqələrdə uğurla çıxış edərək müxtəlif mükafatlara layiq görülüb.










Ganja Şura Haberleri
- 20-04-202618:19 Gəncə İlə Çindao Şəhərləri Arasında Əməkdaşlıq Əlaqələri Genişlənir
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib
- 16-04-202611:24 Niyazi Bayramov 'xəmsə' Uşaq Rəqs Ansamblı İlə Görüşüb
- 15-04-202619:28 Niyazi Bayramov Gəncədə Sakinlərlə Növbəti Səyyar Görüş Keçirib
- 15-04-202617:03 Kənd Təsərrüfatı Nazirliyi Yanında İctimai Şuranın Üzvləri Adau-da Olublar
- 15-04-202613:25 Gəncədə Güclü Küləyin Vurduğu Ziyanın Aradan Qaldırılması İstiqamətində Aparılan Təmir-bərpa İşləri Davam Edir

