Test

Velosipedçilər bu mərhələdə Gəncədən Naftalana qədər 152,8 kilometr məsafə qət edəcəklər. Yarışın startı Gəncə şəhərində Heydər Əliyev prospektindən verilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, Türkiyənin Gəncədəki Baş konsulu, Azərbaycan Velosiped İdman Federasiyasının vitse-prezidenti, ADAU-nun rektoru, YAP Gəncə şəhər təşkilatının sədri, eləcə də idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Start siqnalı başçının iştirakı ilə verilib və velosipedçilər prospekt boyunca hərəkətə başlayıblar.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Önceki Haber Gəncədə 'zəfərin İzi İlə Parlaq Gələcəyə' Adlı Bilik Yarışı Keçirilib
Sonraki Haber Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşların Müraciətlərini Dinləyib

Yorum Yap