Atu-da Karyera Festivalı Keçirilir

Azərbaycan Texnologiya Universitetində Karyera Festivalı öz işinə başlayıb.
Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə KOB Evinin direktoru Orxan Abbasov, “Kapital” Bankın Gəncə filialının direktoru Vüqar Paşayev, idarə, müəssisə, təşkilat rəhbərləri ve universitetin müəllim-tələbə heyəti iştirak ediblər.
Yaşar Ömərov çıxış edərək bildirib ki, ölkədə insan kapitalının inkişafı ve əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə ATU-da məzun yarmarkalarının formatı yenilənərək artıq ikinci ildir ki, Karyera Festivalı şəklində təşkil olunur.
Qeyd olunub ki, festival çərçivəsində keçirilən Əmək Yarmarkası, Karyera Forumu, təlimlər və infosessiyalar tələbələrin əmək bazarına daha yaxından inteqrasiya olunmasına ve peşəkar bacarıqlarının inkişafına xidmət edir.
Çıxış edən rəsmilər bu cür tədbirlərin əhəmiyyətini vurğulayaraq tələbələrə uğurlar arzulayıblar.
Daha sonra tələbələr Əmək yarmarkasında iştirak ediblər. Bu il bakalavriat üzrə 745, magistratura üzrə isə 90-dan çox tələbə müxtəlif müəssisə və təşkilatların vakansiyaları ilə tanış olub. Yarmarkada Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları”, “AzerGold”, ASAN xidmət, KOBİA, “Azersun Holding”, ABB, Kapital Bank, Bank Respublika, Unibank və digər qurumlar da daxil olmaqla 40-dan çox dövlət və özəl təşkilat iştirak edib, 400-dən artıq vakansiya təqdim olunub.
Qeyd edək ki, iki gün davam edəcək festival çərçivəsində sabah Karyera Forumu və müxtəlif təlim və infosessiyalar da keçiriləcək.
Ganja Şura Haberleri
- 16-06-202609:45 Gəncənin Ümumtəhsil Məktəblərində 'son Zəng' Qeyd Olunub
- 16-06-202609:45 Elm Və Təhsil Naziri Gəncədə 'son Zəng' Tədbirində İştirak Edib
- 12-06-202612:08 Gəncədə Milli Qurtuluş Gününə Həsr Olunmuş 'qurtuluşdan Zəfərə' Adlı Tədbir Keçirilib
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib
- 08-06-202612:28 Gəncədə Süni Göl Əsaslı Təmirdən Sonra İstifadəyə Verilib
- 06-06-202618:02 Gəncədə 'avropa Şəhərciyi – 2026' Tədbirinin Açılış Mərasimi Keçirilib

