Niyazi Bayramov Vətəndaşlarla Növbəti Dəfə Görüş Keçirib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Hacıkənd qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirib. 35 nömrəli məktəbdə baş tutan qəbulda YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüşdə vətəndaşlar tərəfindən işlə təminat, maddi yardım, su xəttinin bərpası və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. İcra Hakimiyyəti başçısı sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunauyğun şəkildə həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll olunması üçün qeydiyyata alınıb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Birinci vitse-prezidentə dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, vətəndaşların müraciətlərinin yerində dinlənilməsi məqsədilə təşkil olunan belə səyyar görüşlər Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi şəkildə davam etdirilir.












Ganja Şura Haberleri
- 20-08-202610:16 Niyazi Bayramov Şəhid Ailələri İlə Görüşüb
- 19-08-202618:24 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Səyyar Qəbul Keçirib
- 17-08-202616:04 Gəncədə 'coca-cola İlə Xəzər Yay' Festivalı Keçirilib
- 13-08-202616:44 Gəncədə Bərk Məişət Tullantılarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dair Görüş Keçirilib
- 13-08-202609:26 Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
- 06-08-202611:49 Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
- 05-08-202622:54 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 05-08-202622:44 Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib
- 31-07-202614:41 Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlər Keçirilib
- 31-07-202612:09 Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb

