Gəncədə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü Münasibətilə Hərbi Yürüş Keçirilib
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Gəncə şəhərində təntənəli hərbi yürüş keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə rəsmilər Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib, Əbədi məşəl abidəsinin önünə gül dəstələri düzüblər.
Daha sonra qalib Azərbaycan Ordusunun hərbi qulluqçuları marş sədaları altında şəhərin mərkəzi prospektlərində təntənəli yürüş ediblər. Hərbi orkestrlərin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.
Yürüş şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.













Ganja Şura Haberleri
- 20-08-202610:16 Niyazi Bayramov Şəhid Ailələri İlə Görüşüb
- 19-08-202618:24 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Səyyar Qəbul Keçirib
- 17-08-202616:04 Gəncədə 'coca-cola İlə Xəzər Yay' Festivalı Keçirilib
- 13-08-202616:44 Gəncədə Bərk Məişət Tullantılarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dair Görüş Keçirilib
- 13-08-202609:26 Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
- 06-08-202611:49 Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
- 05-08-202622:54 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 05-08-202622:44 Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib
- 31-07-202614:41 Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlər Keçirilib
- 31-07-202612:09 Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb

