Niyazi Bayramov 'daşlara Həkk Olunan Tale: Əcəmi Naxçıvani' Filminin Çəkiliş Meydançasında Olub
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, “Şahdağ Film” MMC-nin istehsalı ilə ərsəyə gələn “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkiliş meydançasına baş çəkib.
Gəncədə “Nizaminin evi” kimi tanınan kinopavilyonda aparılan çəkiliş prosesini izləyən şəhər rəhbəri filmin yaradıcı heyəti ilə görüşüb, çəkilişlərin gedişi və görülən işlərlə maraqlanıb.
Çəkiliş qrupunun üzvləri filmin ideyası və süjeti, Gəncədə aparılan çəkilişlərin xüsusiyyətləri, eləcə də yaradıcı proses barədə Niyazi Bayramova məlumat veriblər.
Niyazi Bayramov filmin Azərbaycan tarixinin və memarlıq irsinin görkəmli nümayəndələrindən olan Əcəmi Naxçıvaninin həyat və yaradıcılığının geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyətini qeyd edib, yaradıcı kollektivə uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Şahdağ Film” MMC tərəfindən istehsal olunan “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin Gəncə şəhərində çəkilişləri 26–30 iyul 2026-cı il tarixlərində həyata keçirilir.
Ganja Şura Haberleri
- 19-08-202618:24 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Səyyar Qəbul Keçirib
- 17-08-202616:04 Gəncədə 'coca-cola İlə Xəzər Yay' Festivalı Keçirilib
- 13-08-202616:44 Gəncədə Bərk Məişət Tullantılarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dair Görüş Keçirilib
- 13-08-202609:26 Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
- 06-08-202611:49 Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
- 05-08-202622:54 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 05-08-202622:44 Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib
- 31-07-202614:41 Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlər Keçirilib
- 31-07-202612:09 Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb
- 31-07-202608:25 Gəncədə 'heydər Əliyev Məktəbi' Layihəsinin Üçüncü Mərhələsinin Açılış Mərasimi Keçirilib

