Gəncədə 'şəhid Və Müharibə Veteranlarının Qadın Ailə Üzvləri Üçün Sahibkarlıq Kursları' Layihəsinin Yekun Sərgisi Keçirilib
27 iyul 2026 | 10:11

Gəncə şəhərinin Xan Bağı istirahət məkanında "Şəhid və Müharibə Veteranlarının Qadın Ailə Üzvləri üçün Sahibkarlıq Kursları" layihəsinin yekun sərgisi təşkil olunub.
Sərgidə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi, "Gəncə Sahibkar Qadınlar" İctimai Birliyinin sədri Zenfira Ağayeva, sahibkar qadınlar, şəhid və müharibə veteranlarının ailə üzvləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, layihənin əsas məqsədi şəhid və müharibə veteranlarının qadın ailə üzvlərinin sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, onların məşğulluğunu və iqtisadi fəallığını artırmaq, cəmiyyətə daha fəal inteqrasiyasına dəstək verməkdir.
Sərgi zamanı layihə iştirakçıları hazırladıqları əl işlərini və müxtəlif məhsulları nümayiş etdirərək əldə etdikləri bilik və bacarıqları təqdim ediblər.
Tədbirin sonunda kursu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Gəncə Sahibkar Qadınlar" İctimai Birliyi tərəfindən həyata keçirilib.
Ganja Şura Haberleri
- 20-08-202610:16 Niyazi Bayramov Şəhid Ailələri İlə Görüşüb
- 19-08-202618:24 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Səyyar Qəbul Keçirib
- 17-08-202616:04 Gəncədə 'coca-cola İlə Xəzər Yay' Festivalı Keçirilib
- 13-08-202616:44 Gəncədə Bərk Məişət Tullantılarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dair Görüş Keçirilib
- 13-08-202609:26 Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
- 06-08-202611:49 Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
- 05-08-202622:54 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 05-08-202622:44 Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib
- 31-07-202614:41 Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlər Keçirilib
- 31-07-202612:09 Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb

