Niyazi Bayramov Ədalət Hacıyevlə Görüşüb

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Əməkdar mədəniyyət işçisi Hacıyev Ədalət Qasım oğlu Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin edilib. Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onunla görüş keçirib. Görüşdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov da iştirak edib.
Söhbət zamanı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə mədəniyyətinə, o cümlədən teatr sahəsinə göstərdikləri diqqət və qayğıdan danışılıb. Qeyd olunub ki, dövlət tərəfindən mədəniyyət müəssisələrinə göstərilən dəstək teatrların inkişafında mühüm rol oynayır.
Sonda Niyazi Bayramov Ədalət Hacıyevi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Ədalət Hacıyev uzun illər Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib.
Ganja Şura Haberleri
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər
- 24-04-202611:50 Gəncədə Türkiyənin Milli Suverenlik Və Uşaq Bayramına Həsr Olunmuş Tədbir Keçirilib
- 24-04-202609:25 Gəncədə 'ı Yaşıl İqtisadiyyat' Beynəlxalq Forumu Keçirilib
- 23-04-202611:37 Nümayəndə Heyətinin Çinə Səfəri Davam Edir
- 23-04-202609:12 'gəncə Avtomobil Zavodu' İstehsalat Birliyi Çin Şirkətləri İlə Əməkdaşlığı Genişləndirir
- 22-04-202612:38 Gəncənin Nümayəndə Heyətinin Çindao Şəhərinə Səfəri Davam Edir
- 21-04-202617:16 Niyazi Bayramovun Rəhbərlik Etdiyi Nümayəndə Heyəti Çindaoda Azərbaycan Ticarət Evinin Rəhbərliyi İlə Görüşüb
- 21-04-202616:04 Niyazi Bayramov Çindaoda Bərk Məişət Tullantılarının Emalı Müəssisəsi İlə Tanış Olub

