Niyazi Bayramov Bərk Məişət Tullantıları Poliqonunda Aparılan İşlərə Baxış Keçirib
Gəncə şəhər bərk məişət tullantıları poliqonunda abadlıq, yaşıllaşdırma və infrastrukturun təkmilləşdirilməsi istiqamətində görülən işlərlə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı əraziyə baxış keçirib.
Şəhər rəhbərinə məlumat verilib ki, poliqonda 10 hektara yaxın ərazi məişət tullantılarından təmizlənib, 7 min ağac və ting əkilib. Bundan əlavə, işçilərin istifadəsi üçün modul tipli bina inşa olunub, artezian quyusu qazılıb, 75 kubmetr tutumlu su anbarı tikilib. Ərazidə nəzarət-buraxılış məntəqəsi də inşa edilib, həmçinin bütün poliqon üzrə üfüqi planlaşdırma işləri həyata keçirilib.
Görülən işlərlə tanış olduqdan sonra aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Bildiririk ki, poliqonda aparılan işlər müxtəlif ekspertlər tərəfindən qiymətləndirilib və müsbət rəy verilib.
Qeyd edək ki, poliqon ötən əsrin 60-cı illərində 25 hektar ərazidə yaradılıb.








Ganja Şura Haberleri
- 20-08-202610:16 Niyazi Bayramov Şəhid Ailələri İlə Görüşüb
- 19-08-202618:24 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Səyyar Qəbul Keçirib
- 17-08-202616:04 Gəncədə 'coca-cola İlə Xəzər Yay' Festivalı Keçirilib
- 13-08-202616:44 Gəncədə Bərk Məişət Tullantılarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dair Görüş Keçirilib
- 13-08-202609:26 Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
- 06-08-202611:49 Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
- 05-08-202622:54 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 05-08-202622:44 Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib
- 31-07-202614:41 Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlər Keçirilib
- 31-07-202612:09 Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb

