Comərd Qəssab Türbəsinin Ətrafında Abadlıq İşləri Görülüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Comərd Qəssab türbəsinin ətrafında aparılan abadlıq, təmizlik və yaşıllaşdırma işləri ilə yerində tanış olub.
Məlumat verilib ki, türbəyə aparan 2 kilometr uzunluğunda yolun kənarında yerləşən yaşıllıq zolağı məişət və tikinti tullantılarından tam təmizlənib, əraziyə 2000 ədəd ağac əkilib və damcı suvarma sistemi quraşdırılıb. Həmçinin yaşıllıq zolağının mühafizəsi və inkişafı istiqamətində zəruri tədbirlər görülüb.
Niyazi Bayramov görülən işlərlə tanış olduqdan sonra ərazidə abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi, yaşıllıqlara qulluq göstərilməsi və ətraf mühitin mühafizəsinin təmin olunması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, Comərd Qəssab türbəsi Gəncənin ən qədim tarixi-memarlıq abidələrindən biridir. Türbə xalq arasında xeyirxahlığı və səxavəti ilə tanınan Comərd Qəssabın xatirəsinə ucaldılıb və şəhərin mühüm tarixi-mədəni irs nümunələrindən hesab olunur.






Ganja Şura Haberleri
- 20-08-202610:16 Niyazi Bayramov Şəhid Ailələri İlə Görüşüb
- 19-08-202618:24 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Səyyar Qəbul Keçirib
- 17-08-202616:04 Gəncədə 'coca-cola İlə Xəzər Yay' Festivalı Keçirilib
- 13-08-202616:44 Gəncədə Bərk Məişət Tullantılarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dair Görüş Keçirilib
- 13-08-202609:26 Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
- 06-08-202611:49 Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
- 05-08-202622:54 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 05-08-202622:44 Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib
- 31-07-202614:41 Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlər Keçirilib
- 31-07-202612:09 Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb

