'ipək Yolu' Beynəlxalq Musiqi Festivalı Çərçivəsində Ziyalılarla Görüş Keçirilib

Gəncə şəhərində, Mədəniyyət Nazirliği'nin desteğiyle, Azərbaycan Bəstəkarlar İttifaqı ve Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası'nın birgə təşkilatçılığı ile “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir.
Festival çərçivəsində Mir Cəlal Paşayev Ev Muzeyində ziyalılarla görüş təşkil olunub. Görüşdə Gəncə şəhərinin icra başçısı, Türkiyənin Gəncədəki Baş konsulu, festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi ve Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru iştirak ediblər.
Qonaqlar əvvəlcə Mir Cəlal Paşayev Ev Muzeyi ilə tanış olub, görkəmli yazıçı ve alim Mir Cəlal Paşayevin zəngin həyat ve yaradıcılığını əks etdirən eksponatlara baxış keçiriblər.
Daha sonra çıxış edənlər “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının ölkələr arasında mədəni əlaqələrin inkişafına, milli musiqi irsinin təbliğinə ve gənc istedadların tanıdılmasına mühüm töhfə verdiyini bildiriblər. Qeyd olunub ki, bu kimi beynəlxalq festivalların Azərbaycanda, xüsusilə də qədim mədəniyyət mərkəzi olan Gəncədə keçirilməsi böyük əhəmiyyət daşıyır.
Görüş bədii proqramla davam edib, gənc istedadların ifasında musiqi nömrələri təqdim olunub.
Qeyd edək ki, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iyulun 3-dək davam edəcək.
Ganja Şura Haberleri
- 20-08-202610:16 Niyazi Bayramov Şəhid Ailələri İlə Görüşüb
- 19-08-202618:24 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Səyyar Qəbul Keçirib
- 17-08-202616:04 Gəncədə 'coca-cola İlə Xəzər Yay' Festivalı Keçirilib
- 13-08-202616:44 Gəncədə Bərk Məişət Tullantılarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dair Görüş Keçirilib
- 13-08-202609:26 Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
- 06-08-202611:49 Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
- 05-08-202622:54 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 05-08-202622:44 Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib
- 31-07-202614:41 Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlər Keçirilib
- 31-07-202612:09 Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb

