Gəncədə 'ipək Yolu' Beynəlxalq Musiqi Festivalının Açılış Mərasimi Keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.
Filarmoniyada keçirilən açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş Konsulluğunun nümayəndəsi, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyəti tamaşaçı qismində iştirak ediblər.
Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əliyeva çıxış edərək “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışıb. O bildirib ki, üç gün davam edəcək festival çərçivəsində zəngin konsert proqramları təqdim olunacaq, yerli və xarici ölkələrdən gəlmiş ifaçıların çıxışları dinləniləcək.
Açılış mərasiminin bədii hissəsində Xəyal Qəhrəmanovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti altında Filarmoniyanın solistləri zəngin repertuarla çıxış ediblər. Həmçinin qədim İpək Yolu üzərində yerləşən ölkələrdən festivala qatılan musiqiçilərin ifaları təqdim olunub. Tədbirdə Göygöl Mahnı və Rəqs Ansamblının çıxışı da tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Festival proqramı iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iyulun 3-dək davam edəcək.
Ganja Şura Haberleri
- 20-08-202610:16 Niyazi Bayramov Şəhid Ailələri İlə Görüşüb
- 19-08-202618:24 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Səyyar Qəbul Keçirib
- 17-08-202616:04 Gəncədə 'coca-cola İlə Xəzər Yay' Festivalı Keçirilib
- 13-08-202616:44 Gəncədə Bərk Məişət Tullantılarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dair Görüş Keçirilib
- 13-08-202609:26 Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
- 06-08-202611:49 Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
- 05-08-202622:54 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 05-08-202622:44 Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib
- 31-07-202614:41 Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlər Keçirilib
- 31-07-202612:09 Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb

