Gəncədə Gənc Rəssamların Sərgisi Təşkil Olunub
Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi və Azərbaycan Rəssamlar İttifaqının Gəncə regional bölməsinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində gənc rəssamların əl işlərindən ibarət sərgi keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, SN Gəncə Tibb Kolleci PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Şaiq Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının Gəncə regional bölməsinin sədri Natiq Əhmədzadə, İcra Hakimiyyətinin məsul əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Sərgidə çıxış edən natiqlər Gəncə rəssamlıq məktəbinin zəngin ənənələrindən, gənc istedadların yaradıcılıq potensialından və bu kimi tədbirlərin onların inkişafına verdiyi töhfədən danışıblar. Qeyd olunub ki, gənclərin incəsənətə marağının artırılması, yaradıcılıq fəaliyyətinin stimullaşdırılması və yeni istedadların üzə çıxarılması baxımından belə sərgilər mühüm əhəmiyyət daşıyır.
Çıxışlardan sonra bir qrup rəssama Azərbaycan Rəssamlar İttifaqının üzvlük vəsiqələri təqdim olunub.
Daha sonra qonaqlar sərgi ilə tanış olaraq nümayiş etdirilən əsərlərə baxış keçiriblər.
Tədbir çərçivəsində Əməkdar rəssam Şaiq Məmmədov Niyazi Bayramova kitab hədiyyə edib.
Sonda xatirə şəkli çəkdirilib.
























Ganja Şura Haberleri
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər
- 24-04-202611:50 Gəncədə Türkiyənin Milli Suverenlik Və Uşaq Bayramına Həsr Olunmuş Tədbir Keçirilib
- 24-04-202609:25 Gəncədə 'ı Yaşıl İqtisadiyyat' Beynəlxalq Forumu Keçirilib
- 23-04-202611:37 Nümayəndə Heyətinin Çinə Səfəri Davam Edir
- 23-04-202609:12 'gəncə Avtomobil Zavodu' İstehsalat Birliyi Çin Şirkətləri İlə Əməkdaşlığı Genişləndirir
- 22-04-202612:38 Gəncənin Nümayəndə Heyətinin Çindao Şəhərinə Səfəri Davam Edir
- 21-04-202617:16 Niyazi Bayramovun Rəhbərlik Etdiyi Nümayəndə Heyəti Çindaoda Azərbaycan Ticarət Evinin Rəhbərliyi İlə Görüşüb
- 21-04-202616:04 Niyazi Bayramov Çindaoda Bərk Məişət Tullantılarının Emalı Müəssisəsi İlə Tanış Olub

