Test

Məlum olduğu kimi, Gəncə Şəhər İcra Hakimiyyəti və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən şəhərin bir sıra çoxmənzilli yaşayış binalarının yerləşdiyi məhəllələrdə və parklarda “ABAD məhəllə” layihəsi çərçivəsində yenidənqurma işləri həyata keçirilir. Bu məqsədlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov görülən işlərlə mütəmadi olaraq yerində tanış olur, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verir.

Bu gün şəhər rəhbəri Xan Bağında, C.Cabbarlı parkında və Cavadxan küçəsində aparılan təmir-bərpa və abadlıq işlərinə baxış keçirib.

Məlumat verilib ki, Xan Bağında yerləşən fəvvarələr mütəmadi olaraq təmizlənir, sanitar-gigiyenik normalara ciddi əməl olunur. Eyni zamanda, su hövzəsinin təmiri tam başa çatdırılıb, hovuz su ilə doldurularaq sakinlərin istifadəsinə verilib. Park ərazisindəki ağac və yaşıllıqlara da mütəmadi qulluq göstərilir, onların qorunması daim nəzarətdə saxlanılır.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Cavadxan küçəsində və Sahil parkında görülən işlərlə tanış olub. Bildirilib ki, ərazidə oturacaqların, işıqlandırma sistemlərinin, səki örtüklərinin və digər infrastruktur elementlərinin təmir-bərpası aparılır. Şəhər sakinlərinin və qonaqların rahat istirahətinin təmin edilməsi məqsədilə abadlıq tədbirləri ardıcıl şəkildə davam etdirilir.

Şəhər rəhbəri həmçinin sakinlərlə görüşərək onlarla səmimi söhbət aparıb, müraciət və təkliflərini dinləyib.

Önceki Haber Gəncədə 15 İyul – Demokratiya Və Milli Birlik Günü Münasibətilə 'iradə Bizim Zəfər Bizim' Mövzusunda Anım Tədbiri Keçirilib
Sonraki Haber Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Səyyar Görüş Keçirib

Yorum Yap