Niyazi Bayramov 'kəpəz' Pfk-nın İdarə Heyətinin Sədri İlə Görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov "Kəpəz" Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin yeni sədri Anar Abdullayevlə görüş keçirib.
Görüşdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin bütün sahələrində olduğu kimi, idmanın inkişafını da daim diqqət mərkəzində saxladıqları vurğulanıb. Qeyd edilib ki, məhz dövlət başçısının və Birinci vitse-prezidentin diqqət və qayğısı sayəsində Gəncədə müasir futbol stadionu inşa olunub. Bu idman infrastrukturu gələcəkdə "Kəpəz" futbol klubunun ev oyunlarının yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq.
Niyazi Bayramov Anar Abdullayevi "Kəpəz" PFK-nın İdarə Heyətinin sədri seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Anar Abdullayev isə öz növbəsində şəhər rəhbərinə üzərində Niyazi Bayramovun adı yazılmış klubun idman formasını hədiyyə edib.
Sonda xatirə şəkli çəkdirilib.
Ganja Şura Haberleri
- 19-08-202618:24 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Səyyar Qəbul Keçirib
- 17-08-202616:04 Gəncədə 'coca-cola İlə Xəzər Yay' Festivalı Keçirilib
- 13-08-202616:44 Gəncədə Bərk Məişət Tullantılarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dair Görüş Keçirilib
- 13-08-202609:26 Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
- 06-08-202611:49 Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
- 05-08-202622:54 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 05-08-202622:44 Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib
- 31-07-202614:41 Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlər Keçirilib
- 31-07-202612:09 Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb
- 31-07-202608:25 Gəncədə 'heydər Əliyev Məktəbi' Layihəsinin Üçüncü Mərhələsinin Açılış Mərasimi Keçirilib

