İcra Başçısının Müavini Qomel Vilayətinin Qubernatoru İlə Görüşüb
Məlum olduğu kimi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru Kamran Nəzərov Belarus Respublikasının Qomel şəhərində keçirilən XX Qomel İqtisadi Forumunda iştirak edirlər.
Forum çərçivəsində keçirilən rəsmi tədbirlər zamanı Adil Tağıyev Qomel vilayətinin qubernatoru İvan Krupko ilə görüşüb. Görüş zamanı Adil Tağıyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını çatdırıb.
Səmimi şəraitdə keçən görüşdə Gəncə ilə Qomel arasında mövcud əməkdaşlıq əlaqələrindən bəhs olunub, qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, XX Qomel İqtisadi Forumu illərdir beynəlxalq ticarət-iqtisadi və investisiya əməkdaşlığının aktual məsələlərinin müzakirə olunduğu, regionlararası və kooperasiya əlaqələrinin genişləndirildiyi nüfuzlu platformalardan biri hesab olunur. Yubiley xarakteri daşıyan forum iştirakçılarına regionun iqtisadi potensialı ilə yaxından tanış olmaq, strateji sessiyalarda iştirak etmək, yeni tərəfdaşlıqlar qurmaq və qarşılıqlı faydalı müqavilələr imzalamaq imkanı yaradır.





Ganja Şura Haberleri
- 06-06-202618:02 Gəncədə 'avropa Şəhərciyi – 2026' Tədbirinin Açılış Mərasimi Keçirilib
- 06-06-202618:02 Gəncədə Azərbaycan - Ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Ağacəkmə Aksiyası Keçirilib
- 06-06-202616:50 Niyazi Bayramov Avropa İttifaqının Azərbaycandakı Səfiri Və Üzv Dövlətlərin Diplomatları İlə Rəsmi Görüş Keçirib
- 05-06-202612:57 Gəncədə Küçə Ticarətinə Qarşı Monitorinqlər Davam Edir
- 05-06-202612:57 Niyazi Bayramov Tbilisi Şəhər Bələdiyyə Məclisinin Sədri Və Şəhərin Vitse-meri İlə Görüşüb
- 04-06-202610:22 Niyazi Bayramov Tbilisidə Keçirilən Xvı Regional Dayanıqlı İnkişaf Forumunda İştirak Edir
- 03-06-202618:38 Gəncədə 3 İyun – Dünya Velosiped Gününə Həsr Olunmuş Veloyürüş Keçirilib
- 03-06-202610:08 'heydər Əliyev Məktəbi' Layihəsinə Start Verilib
- 02-06-202611:07 Gəncədə 'meydandan Arenaya' Layihəsinin Növbəti Mərhələsi Keçirilib
- 01-06-202616:55 Gəncə Şəhərində Valideynlər Üçün Maarifləndirici Tədbir Təşkil Olunub

