Test

Belarus Respublikasının Qomel şəhərində XX Qomel İqtisadi Forumu keçirilir. Forumda şəhəri Gəncə şəhər icra hakimiyyətinin başçısının müavini Adil Tağıyev və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru Kamran Nəzərov təmsil edirlər.

Forum çərçivəsində Adil Tağıyev “Qomel İnşaat Materialları” ASC-də olub. Müəssisənin direktoru Stanislav Jeromski ilə keçirilən görüş zamanı tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları, tikinti və sənaye sahəsində təcrübə mübadiləsi, eləcə də gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Məlumat verilib ki, müəssisənin əsas istehsal istiqamətləri mineral pambıq, kərpic və müxtəlif inşaat materiallarının istehsalını əhatə edir.

Qeyd edək ki, XX Qomel İqtisadi Forumu illər ərzində beynəlxalq ticarət-iqtisadi və investisiya əməkdaşlığının aktual məsələlərinin müzakirə olunduğu, etibarlı uzunmüddətli regionlararası və kooperasiya əlaqələrinin qurulduğu nüfuzlu platformaya çevrilib. Yubiley xarakteri daşıyan XX Forum iştirakçıları regionun iqtisadi potensialı ilə tanış olmaq, strateji sessiyalarda iştirak etmək, etibarlı tərəfdaşlar tapmaq və qarşılıqlı faydalı müqavilələr imzalamaq imkanı əldə edəcəklər.

Önceki Haber Gəncə İlə Səmərqənd Arasında Əməkdaşlıq Perspektivləri Müzakirə Olunub
Sonraki Haber Milli Məclisin Deputatı Müşfiq Cəfərov Uşaq Səfirlər Məclisinin Gəncə Şəhəri Üzrə Fəalları İlə Görüşüb

Yorum Yap