Gəncədə 'meydandan Arenaya' Layihəsinin Növbəti Mərhələsi Keçirilib
Gəncə şəhərinin Heydər Əliyev Meydanında "Meydandan Arenaya" layihəsi çərçivəsində "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş stolüstü tennis yarışı təşkil edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbirə qatılaraq yarış iştirakçıları ilə birlikdə stolüstü tennis oynayıb, onlarla səmimi söhbət aparıb və uğurlar arzulayıb.
Yarışda yeniyetmə və gənclərlə yanaşı, yaşlı nəslin nümayəndələri də qüvvələrini sınayıblar. İştirakçılar maraqlı və gərgin idman mübarizəsi şəraitində öz bacarıqlarını nümayiş etdirərək yüksək idman ruhu və əzmkarlıq sərgiləyiblər.
Qeyd edək ki, layihə Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşəbbüsü, həmçinin təşkilatçılığı ilə baş tutub. Layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği, onların idmana marağının artırılması və idmana daha geniş cəlb olunmasıdır.
Yarışın sonunda fərqlənən iştirakçılar Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.











Ganja Şura Haberleri
- 06-06-202618:02 Gəncədə 'avropa Şəhərciyi – 2026' Tədbirinin Açılış Mərasimi Keçirilib
- 06-06-202618:02 Gəncədə Azərbaycan - Ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Ağacəkmə Aksiyası Keçirilib
- 06-06-202616:50 Niyazi Bayramov Avropa İttifaqının Azərbaycandakı Səfiri Və Üzv Dövlətlərin Diplomatları İlə Rəsmi Görüş Keçirib
- 05-06-202612:57 Gəncədə Küçə Ticarətinə Qarşı Monitorinqlər Davam Edir
- 05-06-202612:57 Niyazi Bayramov Tbilisi Şəhər Bələdiyyə Məclisinin Sədri Və Şəhərin Vitse-meri İlə Görüşüb
- 04-06-202610:22 Niyazi Bayramov Tbilisidə Keçirilən Xvı Regional Dayanıqlı İnkişaf Forumunda İştirak Edir
- 03-06-202618:38 Gəncədə 3 İyun – Dünya Velosiped Gününə Həsr Olunmuş Veloyürüş Keçirilib
- 03-06-202610:08 'heydər Əliyev Məktəbi' Layihəsinə Start Verilib
- 02-06-202611:07 Gəncədə 'meydandan Arenaya' Layihəsinin Növbəti Mərhələsi Keçirilib
- 01-06-202616:55 Gəncə Şəhərində Valideynlər Üçün Maarifləndirici Tədbir Təşkil Olunub

