Gəncədə 'idman Narkotiklərə Qarşı: Sağlam Həyatı Seç!' Mövzusunda Maarifləndirici Tədbir Keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Aktor" İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən "İdman narkotiklərə qarşı: Sağlam həyatı seç!" layihəsi çərçivəsində Gəncə şəhərində maarifləndirici tədbir keçirilib.
Gəncə şəhərinin icra hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan tədbirdə Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Gəncə şəhər icra hakimiyyətinin əməkdaşı İlkin Cavadov, əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov, layihə rəhbəri Telman Məmmədov, eləcə də idman ictimaiyyətinin nümayəndələri və gənc idmançılar iştirak ediblər.
Çıxış edənlər narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrdən bəhs edərək, bu bəlanın qarşısının alınmasında idmanın mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, sağlam həyat tərzinin təbliği, gənclərin idmana cəlb olunması və onların zərərli vərdişlərdən uzaq saxlanılması gələcəyin sağlam nəslinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində yeniyetmə idmançıların güləş üzrə nümunəvi çıxışları maraqla izlənilib.
Sonda layihədə iştirak edən şəxslərə sertifikatlar təqdim olunub, iştirakçılar "Narkotiklərə yox, sağlam həyata bəli!" şüarı ətrafında həmrəylik nümayiş etdiriblər.
Ganja Şura Haberleri
- 20-08-202610:16 Niyazi Bayramov Şəhid Ailələri İlə Görüşüb
- 19-08-202618:24 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Səyyar Qəbul Keçirib
- 17-08-202616:04 Gəncədə 'coca-cola İlə Xəzər Yay' Festivalı Keçirilib
- 13-08-202616:44 Gəncədə Bərk Məişət Tullantılarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dair Görüş Keçirilib
- 13-08-202609:26 Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
- 06-08-202611:49 Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
- 05-08-202622:54 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 05-08-202622:44 Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib
- 31-07-202614:41 Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlər Keçirilib
- 31-07-202612:09 Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb

