Gəncə Nümayəndə Heyəti 'suğd-2026' Beynəlxalq Sərgisində İştirak Edir

Azerbaycan nümayəndə heyəti Tacikistan Respublikasının Suğd vilayətində keçirilən XII Beynəlxalq Ticarət və İnvestisiya Sərgisi “Suğd-2026”da iştirak edir.
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi, işgüzar əlaqələrin qurulması, investisiya imkanlarının təqdim olunması və yeni tərəfdaşlıqların yaradılması məqsədilə təşkil olunan sərgidə Azerbaycanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Azəralüminium MMC-nin satış üzrə direktor müavini Samir Sadıqov təmsil edirlər.
Tədbirin keçirildiyi Xocənd şəhəri ilə Azerbaycanın Gəncə şəhəri qardaşlaşmış şəhərlərdir. İki şəhər arasında formalaşmış dostluq və əməkdaşlıq münasibətləri iqtisadi, mədəni və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın inkişafına mühüm töhfə verir. Bu baxımdan Gəncə nümayəndələrinin sərgidə iştirakı mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Səfər çərçivəsində Tacikistan tərəfi ilə bir sıra işgüzar görüşlərin keçirilməsi, iqtisadi əməkdaşlıq perspektivlərinin müzakirəsi, sənaye və investisiya sahələrində qarşılıqlı maraq doğuran layihələrin nəzərdən keçirilməsi nəzərdə tutulur.
Sərginin proqramına ticarət-investisiya forumu, şirkət və regionların təqdimat sessiyaları, B2B formatında işgüzar görüşlər, eləcə də beynəlxalq əməkdaşlığın perspektivlərinə həsr olunmuş müzakirələr daxildir.
“Suğd-2026” sərgisində iştirak Azerbaycan nümayəndələri üçün yeni bazarlara çıxış imkanlarının araşdırılması, xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi və ölkənin sənaye potensialının beynəlxalq platformada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində iştirakçı ölkələrə xüsusi ehtiram nümayiş olunub. Rəsmi açılış mərasimindən sonra təşkil edilən bədii proqramda hər bir ölkənin milli musiqi nümunələri səsləndirilib, həmin ölkələrin mədəniyyətini əks etdirən rəqs və musiqi kompozisiyaları təqdim olunub.
Bu təşəbbüs iştirakçılar tərəfindən yüksək qiymətləndirilib, xalqlar arasında dostluq, qarşılıqlı hörmət və mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edən əlamətdar addım kimi dəyərləndirilib.
Ganja Şura Haberleri
- 20-08-202610:16 Niyazi Bayramov Şəhid Ailələri İlə Görüşüb
- 19-08-202618:24 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Səyyar Qəbul Keçirib
- 17-08-202616:04 Gəncədə 'coca-cola İlə Xəzər Yay' Festivalı Keçirilib
- 13-08-202616:44 Gəncədə Bərk Məişət Tullantılarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dair Görüş Keçirilib
- 13-08-202609:26 Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
- 06-08-202611:49 Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
- 05-08-202622:54 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 05-08-202622:44 Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib
- 31-07-202614:41 Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlər Keçirilib
- 31-07-202612:09 Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb

